Ötən il dünyada ən isti illərdən biri olmuşdur
Bakı, 23 yanvar (AZƏRTAC). Planetimizdə 2013-cü ildə orta temperatur müsbət 14,52 dərəcə selsi təşkil etmişdir. ABŞ-ın okean və atmosferi tədqiq edən Milli İdarəsinin araşdırmalarına görə, yola saldığımız il 1880-ci ildən indiyədək qeydə alınan ən isti dörd ildən biri olmuşdur. Ümumiyyətlə isə XXI əsrdə orta temperatur ötən yüzilliklə müqayisədə 0,6 dərəcə yüksəlmişdir.
AZƏRTAC İTAR TASS agentliyinə istinadla xəbər verir ki, bu göstəriciyə görə mütləq rekord 2005 və 2010-cu illərdə qeydə alınmışdır.
ABŞ Kosmik Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssisi Qevin Şmidt NASA-da keçirilən mətbuat konfransında yeni tədqiqatların nəticələrinə əsasən, Yer kürəsində iqlim dəyişikliklərinin davam etdiyi haqda mülahizələrin öz təsdiqini tapdığını bildirmişdir. Onun sözlərinə görə, bu tendensiya hələ uzun müddət davam edəcəkdir.
Ekspertlər qlobal istiləşməyə atmosferə böyük həcmdə karbon qazının atılması nəticəsində yaranan “istixana effekti”nin səbəb olduğunu bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]