Ötən il İran polisi 1200 ton narkotik vasitə müsadirə edib
Tehran, 8 mart, AZƏRTAC
İranın hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ildə 1200 ton narkotik vasitə müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin rəisi general İsgəndər Mömin məlumat verib. O bildirib ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə kəskin mübarizəyə baxmayaraq, qanunsuz yollarla İrana narkotik vasitə keçirilməsi cəhdlərinə rast gəlinir. Əvvəlki illərlə müqayisədə narkotik vasitələrin qaçaqmalçılığında 41 faiz artım müşahidə edilib. 2020-i ildə qaçaqmalçılarla mübarizədə hüquq-mühafizə orqanlarının 9 əməkdaşı həlak olub.
İ.Möminin sözlərinə görə, son 10 ildə dünyada narkotik vasitələrin istehsalı və istehlakı 2 dəfə artıb. Bunun qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq zəruridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]