Ötən il turistlərin gəlişindən bir milyarda yaxın gəlir əldə edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Ötən il turistlərin gəlişindən Azərbaycan büdcəsinə bir milyarda yaxın vəsait daxil olub. Bu da ümumdaxili məhsulun 4 faizini təşkil edir.
Bu barədə jurnalistlərə müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, turizm sahəsində lisenziyalın ləğvi qiymətlərin aşağı düşməsinə təkan verib. Lisenziyaların ləğvi bu sahəsinin nəzarətsiz qalacağı demək deyil. Müxtəlif formalarda, yəni bank təminat miqdarlarının hesabına, müəyyən keyfiyyət dərəcələrinin müəyyənləşdiriliməsi ilə biz turizm sahəsində gedən prosesə nəzarət edəcəyik.
Ə.Qarayev qeyd edib ki, bu il böhran vəziyyətini nəzərə alaraq Azərbaycana gələn turistlərin sayında artım gözləmirik. Hədəfimiz mövcud stabil rəqəmlərin saxlanılması və daxili turizmin inkişafına təkan verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]