Ötən il Xəzər dənizinin Azərbaycana aid sahil zolağında 1737 monitorinq keçirilmişdir
Bakı, 25 yanvar (AZƏRTAC). Ötən il Xəzər dənizinin Azərbaycana aid sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə ümumilikdə 1737 monitorinq keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı ölkə ərazisindən Xəzər dənizinə tökülən 257 axar qeydə alınmışdır. Həmin axarlardan götürülmüş 3091 su, qrunt-şlam və torpaq nümunəsi üzərində mütəmadi olaraq tədqiqatlar aparılmışdır.
ETSN-dən AZƏRTAC-a bildirmişlər ki, mövsümlə əlaqədar Abşeron yarımadasının sahil boyu çimərlik ərazilərində razılaşdırılmış qrafik əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə birgə monitorinqlər keçirilmişdir. Çimərlik ərazilərindən götürülmüş su nümunələri üzərində laborator müayinələr aparılmışdır. Laborator analizlərin nəticələrinə əsasən, modul tipli sutəmizləyici qurğular quraşdırılmış sahələrdə dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində olmuşdur. Sumqayıt, Sahil və Şıx çimərliklərinin isə mikrobioloji baxımdan çirkli olması müəyyən edilmişdir.
Bundan əlavə, 2013-cü il ərzində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınmış bütün ekoloji problemlərlə bağlı mütəmadi olaraq bülletenlər hazırlanaraq müvafiq icra strukturlarına çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]