Özbəkistanda 91 yaşlı qadın ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb
Daşkənd, 17 mart, AZƏRTAC
Özbəkistanın Qaşqadərya vilayətinin ucqar Kerayet dağ kəndində 91 yaşlı Racab Raxmatova ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb.
AZƏRTAC xəbər verir ki, əhalinin problemlərini yerlərdə öyrənən Mərkəzin əməkdaşları bu kənddə olarkən müəyyən ediblər ki, Racab Raxmatovanın şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Bununla belə qadın anasının dediyinə əsaslanaraq 1928-ci ildə doğulduğunu xatırlayır. Mərkəzin əməkdaşları bu rəqəmi əsas götürərək Racab Raxmatovaya doğum haqqında şəhadətnamə və bunun əsasında isə pasport verib.
Bu münasibətlə Racab Raxmatovanın oğlanları, qızları, nəvə-nəticələri bayram təşkil ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [20:17]
Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək
- 27.08.2026 [19:10]
Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq
- 27.08.2026 [18:50]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 27.08.2026 [18:27]
Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb
- 27.08.2026 [17:56]
ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib
- 27.08.2026 [17:54]