Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş rəsm müsabiqəsi elan olunub
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tanınmış Azərbaycan naqqaşı, rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi Sərəncama əsasən, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsi elan edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Mirzə Qədim İrəvaninin yaradıcılığının və eləcə də erkən Azərbaycan milli modern rəssamlıq ənənələrinin xaricdə, eyni zamanda, gənc nəsillər arasında daha geniş təbliğ olunmasını təmin etmək, onun yaradıcılığını gələcək nəsillərə daha geniş şəkildə tanıtmağa imkan yaratmaqdır.
Müsabiqəyə qatılmaq üçün istənilən yaşdan olan rəssamlar, naqqaşlıq və dekorativ sənət sahəsində fəaliyyət göstərən istedadlı şəxslər dəvət olunurlar.
Müsabiqəyə təqdim edilmiş əsərlər təşkil edilmiş müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Qaliblər və seçilmiş əsərlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək xüsusi sərgidə nümayiş etdiriləcək, qaliblər mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]