ÖZBƏKİSTANDA SOROS FONDUNU QEYDƏ ALMAQDAN İMTİNA ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistanın Ədliyyə Nazirliyi Soros Fondunu təkrar qeydə almaqdan imtina etmişdir. Bu haqda nazir Əbdüsəmət Polvonzadə keçirdiyi mətbuat konfransında məlumat vermişdir. Onun sözlərinə görə, Soros Fondu öz tədbirlərinin bir çoxunun keçirilməsini gizlətmişdir və xərclənən vəsait şəffaf olmamışdır. Fond Özbəkistan haqqında yalan məlumatlar olan kitablar yaymış, bununla da ölkənin imicinə zərər vurmuşdur. O qeyd etmişdir ki, Fondun həyata keçirdiyi tədris-təbliğat və siyasi xarakterli tədbirlər dini ekstremistlərin konstitusiyaya zidd fəaliyyətinə mənəvi dayaq olmuşdur.
Özbəkistanda səkkiz siyasi partiyanın olduğunu deyən nazir, onlardan beşinin fəaliyyət göstərdiyini və həmin partiyaların dövlət tərəfindən maliyyələşdiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]