Özbəkistanla avtomobil istehsalının lokallaşdırılması müzakirə olunub
Bakı, 15 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar Minda ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb, avtomobil sənayesinin tərəfdaşlıqda prioritet sahələrdən biri olduğu qeyd edilib. Tərəflər avtomobil istehsalı sahəsində əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması, xarici bazarlara birgə ixrac məsələləri barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]