Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

İslamabad, 15 fevral, АZƏRTAC

Pakistanın “Global Affairs” jurnalının fevral buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadənin müsahibəsi dərc olunub.

İkitərəfli əlaqələrə toxunan səfir Azərbaycan ilə Pakistanın qardaş müsəlman ölkəsi olduğunu vurğulayıb. O, ölkələrimizin ortaq tarixi, dini, mədəni və siyasi dəyərlərə malik olduğunu qeyd edib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iki qardaş dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub və indiki yüksək səviyyəyə çatıb.

Ölkələrimiz beynəlxalq təşkilatlarda, həmçinin Kəşmir və Dağlıq Qarabağ məsələlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir. Hər iki ölkənin rəhbərləri əlaqələrə böyük əhəmiyyət verir və hazırda iqtisadi əməkdaşlığımızın da yüksək səviyyəyə çatdırılması istiqamətində səy göstərirlər.

Kənd təsərrüfatı, enerji, idxal-ixrac, xarici investisiyanın ölkəyə cəlb olunması ilə bağlı sualları cavablandıran səfir Azərbaycanın 20 ildən çoxdur ki, bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik şəkildə inkişaf edən bir ölkə olduğunu bildirib. Neftin qiymətinin kəskin şəkildə düşməsinə baxmayaraq, ölkədə iqtisadi artım davam etməkdədir.

Səfir bildirib ki, neftdən asılılığı azaldan Azərbaycan iqtisadiyyatı üçün kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyətə malikdir və 2016-cı ildə ölkəmizin meyvə-tərəvəz ixracatı ötən ildəkinə nisbətən 25 faiz artıb. Bir neçə ay bundan əvvəl elektron ticarət portalı olan azexport.az-ın Azərbaycanda təqdimatının keçirildiyini bildirən səfir məqsədin yerli məhsullar barədə məlumatın əldə edilməsini asanlaşdırmaq və həmin məhsulların əsasən xarici bazarlarda satışını təmin etmək olduğunu bildirib. Pakistanlı iş adamları da həmin portaldan yararlanaraq məlumat əldə edə və kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirə bilərlər.

Qeyd olunur ki, Azərbaycan Pakistan şirkətlərinin fəaliyyəti üçün lazımi şəraitin yaradılmasına hazırdır. 2016-cı ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi ötən ildəkinə nisbətən üç dəfə artıb. Fevral ayında Azərbaycandan Pakistana səfər edən ticarət missiyasının məqsədi də ölkələrimiz arasında ticarət dövriyyəsini genişləndirməkdir. Bundan başqa, yaxın vaxtlarda iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair hökumətlərarası razılaşmanın imzalanması nəzərdə tutulur. Biz, həmçinin pakistanlılar üçün viza rejimini sadələşdirmişik və indi hər kəs Azərbaycana vizanı onlayn əldə edə bilər.

Azərbaycanda xarici investorlar üçün gözəl şəraitin mövcud olduğunu bildirən səfir hökumətin xarici investisiyanı ölkə iqtisadiyyatına cəlb etmək üçün açıq qapı siyasəti həyata keçirdiyini qeyd edib. Bir çox beynəlxalq iqtisadi təşkilatlar müxtəlif statistik cədvəllərdə Azərbaycanı yüksək reytinqli ölkələr sırasına daxil edib. Ölkəmizdə, həmçinin müxtəlif sənaye və texnologiya parkları mövcuddur ki, burada xarici şirkətlər və iş adamları bir çox vergi güzəştlərindən istifadə edirlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı sualları da cavablandıran Əli Əlizadə bildirib ki, bu təcavüz nəticəsində on minlərlə insan öldürülüb, soyqırımı törədilib, Azərbaycanın tarixini və mədəniyyətini silmək məqsədilə xeyli sayda dəyərli abidə və sənət əsərləri məhv edilib. Müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanı işğal olunmuş ərazilərdəki abidələri məhv etdiyi üçün sərt şəkildə tənqid edib. Qeyd olunan işğal faktı BMT Təhlükəsizlik Şurasının, İƏT-in, Qoşulmama Hərəkatının qətnamələrində, həmçinin Avropa Şurasının rəsmi sənədlərində öz əksini tapıb, beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənib.

Azərbaycanın hazırda regionda ən güclü orduya malik olduğunu qeyd edən səfir Silahlı Qüvvələrimizin istənilən vaxt düşmən mövqelərini məhv etməyə hazır olduğunu, lakin Azərbaycanın münaqişənin sülh yolu ilə həllini istədiyini və bu istiqamətdə davamlı siyasət yürütdüyünü bildirib. Bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ayrılmaz tərkib hissəsidir və Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir.

Azərbaycanın multikulturalizm ölkəsi kimi tanınması və Pakistanla bu sahədə əlaqələrə dair suala münasibət bildirən səfir qeyd edib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” olub, ölkəmiz müstəqil dövlət kimi regionda və dünyada multikulturalizm ənənələrinin inkişafına öz töhfəsini verməkdədir. Son illərdə Bakıda çoxlu sayda beynəlxalq tədbirlər, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu və s. keçirilib. 2016-cı ildə Bakıda, həmçinin BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu təşkil edilib və tədbirin məqsədi sülhün möhkəmlənməsi, müxtəlif mədəni və dini dəyərlərə malik olan insanların bir-birinə qarşılıqlı hörmət göstərməsini nümayiş etdirmək olub. Bu forumlarda Pakistan nümayəndələrinin də iştirak etdiyi vurğulanıb.

Səfir multikulturalizm sahəsindəki fəaliyyətdən bəhs edərkən Heydər Əliyev Fondunun layihələrini xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Fondunun Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi sosial, humanitar və səhiyyə layihələri ölkəmizin mədəni müxtəliflik və universal dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, mədəniyyətlərarası dialoqa və xalqlar arasındakı yaxınlaşmaya töhfə verir.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdıran səfir, Sərəncamın əsas məqsədinin İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirmək olduğunu bildirib. Səfir Azərbaycanın bu il də tolerantlığın və dialoqun inkişafına və dünyada İslami dəyərlərin təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO