Pakistanda törədilən terror aktı nəticəsində 35 nəfər ölüb
Bakı, 30 iyul, AZƏRTAC
Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı baş verən partlayışda azı 35 nəfər həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayış nəticəsində 200-dən artıq insan yaralanıb. Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.
Hücum kamikadzenin köməyi ilə həyata keçirilib. Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]