Pakistanın Pəncab əyalətində 17 terrorçu yaxalanıb
Bakı, 29 iyul, AZƏRTAC
Pakistanın şərqində yerləşən Pəncab əyalətinin müxtəlif rayonlarında kəşfiyyat məlumatları əsasında aparılan əməliyyatların gedişində 17 terrorçu həbs edilib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət polisinin terrorla mübarizə idarəsi açıqlama yayıb. Məlumata görə, həbs edilmiş terrorçular əyalətdəki ibadət yerlərinə və mülki şəxslərə, habelə əcnəbilərə hücum planlaşdırırdı. Onların arasında “Təhrik-e-Taliban Pakistan” və “İŞİD” terror qruplaşmaların üzvlərinin də olduğu bildirilir .
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyatlar zamanı əl qumbaraları, detonatorlar, partlayıcılar daxil olmaqla, çox sayda silah-sursat aşkarlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]