Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pandemiya ilə mübarizədə ədalət prinsipi

Pandemiya ilə mübarizədə ədalət prinsipi

Bakı, 3 fevral, AZƏRTAC

Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Artıq bu prosesin yeni - vaksinasiya mərhələsi başlamışdır. Əlbəttə ki, Azərbaycan dövləti də insanların sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görür. Yanvarın 18-dən etibarən ölkəmiz Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə Azərbaycan həm də bölgədə ilk sırada dayanan dövlətlərdən biridir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqında bu proses keçən il dekabrın 18-dən həyata keçirilməyə başlanıb. Çox qısa zaman ərzində, artıq Azərbaycan vətəndaşları da peyvənd olunurlar. Bu, ölkə rəhbərliyinin vaksinasiya sahəsində də apardığı səmərəli fəaliyyətin təzahürüdür. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, “bizim siyasətimizin mərkəzində insan, vətəndaş dayanır”. Artıq 1 ildir ki, pandemiya davam edir və Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Prezidentin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlk ianə də dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən edildi. Ümumiyyətlə, Prezident İlham Əliyev həm ölkə rəhbəri kimi, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də bir nümunədir. Dünya təkcə pandemiya mübarizə apardığı bir vaxtda, Azərbaycan həm də 44 günlük Vətən müharibəsi apardı və möhtəşəm Qələbə qazandı. Bir tərəfdən sevinirik ki, torpaqlarımız işğaldan azad edilib, lakin bu torpaqlar bizim şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına azad edilib. Şəhid ailələri, qazilərin sosial müdafiəsi, sağlamlığı, reabilitasiyası üçün dövlət xüsusi dəstək proqramları həyata keçirir. Digər tərəfdən erməni vandallarının xarabaya çevirdiyi ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində mühüm konsepsiyalar hazırlanır. Artıq bir sıra sosial-infrastruktur layihələri həyata keçirilir. Belə bir vəziyyətdə, dövlətimizin başçısı, hökumət pandemiya ilə bağlı vəziyyəti diqqətdə saxlayır və insanlarımızın qayğısına qalır. Bu gün artıq pandemiya ilə mübarizədə “Azərbaycan modeli” yaranıb”.

Bildirilib ki, pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Hökumət Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə dəstəyi göstərib. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Prezident İlham Əliyev yalnız dövlətimizin başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atdı. Bu çətin günlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Eyni zamanda, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq ianə ayırdı. Bu vəsait Azərbaycanla razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

“Hazırda biz dünyada yenə də ədalətsizliyi, bərabərsizliyi müşahidə edirik. Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi bütün ölkələri həmrəyliyə çağırmışdı. Prezident qeyd edib ki, “Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır”. Dövlətimizin başçısı bir dövlət rəhbəri, beynəlxalq təşkilatın sədri kimi, bu bərabərsizliyi müşahidə edirdi və dünya dövlətlərini, mötəbər beynəlxalq təşkilatları məsuliyyətli olmağa çağırır, hətta zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün də peyvəndlər almasını təklif edirdi. Lakin bu günlərdə biz müxtəlif səviyyələrdə gərgin mübarizənin şahidi oluruq. Hətta Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (COVID-19) peyvəndlərinin yoxsul ölkələrə bərabər şəkildə paylanması üçün müraciət etdi. O, bu münasibətin, dünyanın acınacaqlı mənəvi uğursuzluğa məruz qalacağı barədə öz narahatlığını ifadə edib. Hətta Beynəlxalq Ticarət Palatası (ICC) bildirib ki, hökumətlərin inkişaf etməkdə olan ölkələrə "COVID-19" peyvəndinin əlçatanlığı imkanı yaradılmasa qlobal iqtisadiyyat 9,2 trilyon dollara qədər zərər görəcək. Hələ 2015-ci ildə BMT üzv dövlətləri 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini irəli sürdülər. Heç kimin geridə qalmaması prinsipi üzərində dayanan bu məqsəd və hədəflər zəngin, orta gəlirli və yoxsul ölkələrin inkişafını təmin etməkdir. Ədalətlilik, bərabərlik, ləyaqət kimi meyarlar mühüm faktorlar elan olundu. Lakin hazırda dünyada bu prinsip və amillər sanki görməzdən gəlinir, yenə də bərabərsizlik hökm sürür. Bu münasibət təkcə yoxsul ölkələrə deyil, həm də inkişaf etmiş ölkələrə də göstərilir. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bununla bağlı misal gətirərək dünyada vaksinlərin əldə olunması və peyvədlənmə ilə bağlı gərgin mübarizənin aparılmasını vurğuladı. Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksin qeyri-ədalətli bölünüb. Belə ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Bununla da, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. O zaman sual yaranır Böyük Britaniya Avropa ölkəsi deyilmi? Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və bir-birilərini günahlandırırlarsa, o zaman başqa ölkələrin vəziyyət nə yerdədir? Yaxud da öz ermənipərəst mövqeyi ilə seçilən Kanada ölkə əhalisinin ümumi sayından 4 dəfə çox vaksin alır. Bəs o zaman, kasıb və inkişaf etməkdə olan ölkələrin vətəndaşları nə etməlidir? Bu prosesdən məhrum olmalıdır? Hər zaman insan haqlarından danışan, humanizm prinsiplərini əsas meyar götürən bu dövlətlər, bəs nə üçün indi ancaq özlərinə qapanıblar? Təəssüflər olsun ki, dünyada siyasi və iqtisadi maraqlar bir çox hallarda mənəvi maraqları üstələyir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 peyvəndlərinin aşağı və orta gəlirli ölkələr arasında bərabər paylanmalı olduğunu vurğulayaraq, maraqlı bir tezis irəli sürüb: "Vaksin millətçiliyi qısamüddətli siyasi hədəflərə xidmət edə bilər. Ancaq peyvəndlərin ədalətli paylanmasını dəstəkləmək hər ölkənin orta və uzunmüddətli iqtisadi maraqlarına cavab verəcəkdir”. Yəni bu gün dünyada baş verən bu ədalətsizlik nəticəsində insanların ən təbii hüququ olan yaşamaq haqqının əlindən almaqdadır. Prezident deyir ki, “Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır”. Baş verən proseslər bir daha onu göstərir ki, güc amili bütün mənalarda mühüm faktordur. Ona görə də biz hər birimiz öz qüvvələrimizi səfərbər etməli və dövlətimizin daha da güclü olması üçün səmərəli fəaliyyət göstərməliyik”, - deyə Hicran Hüseynova vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Daşkənddə illik 46 milyon sərnişinə xidmət göstərəcək yeni hava limanı tikilir

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir