Papa Leo: Qəzza və Ukraynada müharibədən əzab çəkən gənclərin yanındayıq
Vatikan, 3 avqust, AZƏRTAC
Müharibə kimi ağır fəlakətlərdən əzab çəkən gənclərin yanındayıq.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda qeyd olunan Gənclər Yubileyində deyib.
Romaya toplaşan təxminən bir milyon gəncin qarşısında çıxış edən Papa Leo bildirib: “Başqa insanlar tərəfindən törədilən ağır fəlakətlərdən əziyyət çəkən gənclərə həmişəkindən daha yaxınıq. Biz Qəzza, Ukrayna, eləcə də müharibənin qanına bulaşmış bütün ölkələrin gənclərinin yanındayıq. Gənclər siz başqa bir dünyanın - münaqişələrin silahla deyil, dialoqla həll edildiyi qardaşlıq və dostluq dünyasının mümkün olduğuna işarəsiniz”.
Qeyd edək ki, Vatikanda keçirilən Müqəddəs Yubiley İli çərçivəsində iyulun 28-dən avqustun 3-dək Romada təşkil olunan Gənclər Yubileyində 146 ölkədən olan gənclər iştirak ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]