PARİSDƏ NOVRUZ BAYRAMI QEYD EDİLMİŞDİR
Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Məsim Məmmədov bayram mərasimini açaraq musəlman tarixinə görə yeni ilin gəlişindən xəbər verən milli bayramımızın digər bayramlar arasında xususi yeri olmasından, onun tarixi köklərindən söz açmış, bu bayramı bolluq va firavanlığın rəmzi kimi səciyyələndirmişdir.
Tədbirdə iştirak etmiş tələbələrimiz Novruza həsr edilmiş şerlər söyləmiş, milli musiqimizin sədaları altında rəqslər etmişlər.
Bayram şənliyində tələbələrimizlə yanaşı, səfirliyin əməkdaşları, diasporun numayəndələri və Azərbaycan Hava Yolları Dövlət Konserninin Fransadakı nümayəndəliyinin işçiləri də iştirak etmişlər.
Maraqlı keçən bayram şənliyi gecədən xeyli keçənə qədər davam etmişdir.