PARTLAYIŞ NƏTİCƏSİNDƏ İKİ NƏFƏR ÖLMÜŞ, DÖRD NƏFƏR İSƏ AĞIR YARALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Lerik rayonunda ağır cinayət hadisəsi baş vermişdir. Vov kənd sakini Sədaqət Rəsulov qohumunun həyətinə 2 qumbara atmış, nəticədə ailə üzvlərindən Mirzəkişi Ağayev və onun nəvəsi 6 yaşlı Turqut ölmüş, 4 nəfər isə ağır vəziyyətdə Lənkəran şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir.
Atılan qumbaralardan biri partlamamış və sərhəd dəstəsindən çağırılmış mütəxəssislər partlayıcını zərərsizləşdirmişdir.
Meşədən gətirilmiş odunun üstündə hadisəni törətmiş Sədaqət Rəsulov tutulmuşdur. O, qumbaraları Lənkəran bazarından 400 ABŞ dollarına aldığını bildirmişdir.
Faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]