“Payde”nin baş məşqçisi: “Zirə” ilə oyun çox ağır oldu
Bakı, 30 iyul, AZƏRTAC
Çox ağır oyun oldu. Avropada hər mərhələni adlamaq böyük uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Estoniyanın "Payde" komandasının baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
"Meydanda sonadək mübarizə apardıq və komanda olaraq birlik nümayiş etdirdik. Qapıçımız və müdafiəçilərimiz çox yaxşı çıxış etdilər. "Zirə"nin çoxlu qol imkanı var idi. Amma bu, futboldur, hər hücum qol olmur", – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Payde" iki oyunun ümumi nəticəsinə əsasən "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]