Payız semestrində 5 mindən çox tələbə təhsil krediti alıb
Bakı, 18 dekabr, AZƏRTAC
Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, payız sessiyası ərzində 9970 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 673 nəfərin müraciəti natamam olub, 656 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1204 nəfərin müraciətinə imtina cavabı verilib, 117 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 7320 nəfərə TTK verilib. Onların arasından 2561 nəfərin müraciəti sosial TTK, 4759 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:29]
Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]