Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur
Bakı, 22 avqust, AZƏRTAC
Monitorinq Mərkəzinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 38 müntəzəm marşrut xətti üzrə 142 avtobusun hərəkət intervalında gecikmələr var.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar arasında 16-18 dəqiqə gecikmə müşahidə olunur.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə var.
3. Binəqədi şosesi - şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.
4. Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə qeydə alınır.
5. Zabrat şosesi - şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.