Paytaxtın bir sıra yollarında tıxac yaranıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.