Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
Bakı, 26 avqust, AZƏRTAC
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100 faizdir və boş yer qalmayıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi müsabiqə vəziyyətinin yüksək olacağını göstərirdi. Həmçinin subbakalavrların şansları az idi. Müsabiqənin nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.
II ixtisas qrupu üzrə də 98.12 faiz olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.
I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25 faiz dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39 faiz və 96.84 faiz dolub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [17:34]
BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub
- 19.08.2026 [16:38]
Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi
- 19.08.2026 [15:49]
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər
- 19.08.2026 [15:44]
Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq
- 19.08.2026 [14:08]