Politico: 2020-ci il ABŞ tarixinin ən ölümcül ili olub
Bakı, 11 mart, AZƏRTAC
2020-ci il Birləşmiş Ştatlar tarixinə ən ölümcül il kimi daxil olub.
AZƏRTAC “Politico” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın xəstəliklərə nəzarət və onların profilaktikası üzrə federal mərkəzlərinin sənədlərində yer alıb.
Məlumata görə, 2020-ci ildə 400 min amerikalı yeni koronavirus infeksiyası səbəbindən həyatını itirib ki, bu da ABŞ-da ümumi ölüm hallarının 15 faiz artmasına səbəb olub. Ötən il COVID-19 infeksiyasına yoluxma ölkədəki ölümlərin tezliyinə görə ürək-damar xəstəliklərini və xərçəngi geridə qoyaraq üçüncü yeri tutub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusun yayılmasını pandemiya elan etməsindən bir il keçir. Pandemiyanın statistikasını aparan Worldometer saytının martın 11-nə olan məlumatına əsasən, ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 29 milyon 862 mini ötüb, 542 min 191 nəfər isə vəfat edib. ABŞ həm xəstəliyə yoluxanların, həm də ölənlərin sayına görə dünyada ilk yerdə qərarlaşıb.