Polşa Almaniya və Litva ilə sərhədlərdə nəzarət tədbirlərinin həyata keçirilmə müddətini uzadıb
Berlin, 3 avqust, AZƏRTAC
Polşa tərəfindən Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tədbirlərinin həyata keçirilmə müddəti oktyabrın 4-dək uzadılıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski məlumat verib.
Nazir bu qərarın Avropa Komissiyası və tərəfdaş dövlətlər tərəfindən anlayışla qarşılandığını bildirib. O, sentyabrda sərhəd mühafizəsi, ordu və polisin məlumatlarına əsasən, növbəti addımlar barədə qərar qəbul olunacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, Polşa Almaniyanın sərhəd yoxlamalarına cavab olaraq, iyulun 7-də sərhədlərdə nəzarət tədbirləri tətbiq edib. Sərhəd yoxlamalarının avqustun 5-dək davam etdirilməsi nəzərdə tutulmuşdu. Polşa Bu ölkənin Daxili İşlər Nazirliyinin hesabatına əsasən, iyulun 7-dən 30-dək Almaniya ilə sərhəddə 243 min 683 nəfər və 110 min 212 avtomobil yoxlanılıb. Yoxlamalar zamanı 105 nəfərin Polşaya girişinə icazə verilməyib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]