Polşa Belarusla sərhəddə iki keçid məntəqəsinin fəaliyyətini bərpa edəcək
Bakı, 14 noyabr, AZƏRTAC
Polşa noyabrın 17-də Belarusla sərhəddə iki sərhəd-keçid məntəqəsinin fəaliyyətini bərpa etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Polşanın Daxili İşlər Nazirliyinin dərc olunan qərarında söhbət “Bobrovniki–Berestovitsa” və “Kuznitsa Belostokskaya–Bruzgi” sərhəd-keçid məntəqələrindən gedir.
Keçid məntəqələrinin açılması müəyyən məhdudiyyətlərlə müşayiət olunacaq. “Bobrovniki–Berestovitsa” məntəqəsindən yalnız Avropa İttifaqı və İsveçrədə qeydiyyatdan keçmiş yük maşınlarının hərəkətinə icazə veriləcək. Keçid məntəqəsi, eyni zamanda, sərnişin nəqliyyatına, o cümlədən avtobuslara xidmət göstərəcək.
“Kuznitsa Belostokskaya–Bruzgi” məntəqəsindən isə avtobuslar istisna olmaqla yalnız sərnişin nəqliyyatının keçidi mümkün olacaq.
Qeyd edək ki, bir müddət öncə Polşanın Baş naziri Donald Tusk noyabr ayında Belarusla sərhəddə keçid məntəqələrinin fəaliyyətə başlayacağını bildirsə də, sonradan daxili işlər naziri Marçin Kervinski həmin məntəqələrin açılmasının təxirə salındığını bəyan edib. Hazırda sərhəddə yalnız “Brest–Terespol” keçid məntəqəsi işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]