Polşa Belarusla sərhədin mühafizəsinə əlavə qüvvələr cəlb edir
Vyana, 2 iyul, AZƏRTAC
Polşa “Vaqner” qrupunun Belarusa transfer ehtimalını nəzərə alaraq bu ölkə ilə sərhədin mühafizəsinə əlavə qüvvələr cəlb edir.
Antiterror birləşmələrinin üzvlərinin də daxil olduğu ümumilikdə 500 polis işçisi Belarusla sərhəddə xidmət edən 5 min sərhədçi və 2 min əsgərə əlavə dəstək göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski özünün sosial media hesabında bildirib.
Xatırladaq ki, Polşa hökumətində təhlükəsizlik məsələlərinə cavabdeh olan Yaroslav Kaçinski ötən günlərdə şərqdə sərhəd zolağının gücləndiriləcəyini elan etmişdi. Onun iddiasına görə, Polşa tərəfi 8 minədək “Vaqner”çinin Belarus ərazisinə keçə biləcəyinə dair məlumat əldə edib. Buna görə də Polşa Belarusla uzunluğu 418 kilometr olan sərhədinə xüsusi diqqət ayırmalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]