Polşa GUAM-la sıx əməkdaşlıqda maraqlıdır
Kiyev, 2 fevral, AZƏRTAC
Fevralın 1-də Polşanın Ukraynadakı səfiri Henrik Litvin Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.
Təşkilatın Kiyevdəki mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, görüşdə Polşa və GUAM arasında münasibətlərin tarixindən söz açılıb, təşkilatda işlərin cari vəziyyəti, əməkdaşlığın perspektiv istiqamətləri, habelə GUAM+ formatında qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflərin regionda və onun ətrafında yaranmış vəziyyətlə bağlı GUAM dövlətləri və onların tərəfdaşlarının qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinə, xüsusən də GUAM nəqliyyat dəhlizinin inkişafına, Azad Ticarət Zonasının yaradılması haqqında sazişin həyata keçirilməsinə dair fikirləri üst-üstə düşüb.
Polşa diplomatı həm GUAM-Polşa, həm də regionda vəziyyətin sabitləşməsinə, ölkələrin iqtisadi inkişafına və beynəlxalq əməkdaşlığın dərinləşməsinə kömək edəcək çoxtərəfli və regional formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.
Tərəflər sıx tərəfdaşlıq haqqında razılıq əldə ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]