Polşada avtobusun aşması nəticəsində altı nəfər həlak olub
Kiyev, 6 mart, AZƏRTAC
Polşada Poznan-Xerson istiqaməti üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 6 ukraynalı həlak olub, 35 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynanın Polşadakı konsulu hadisə yerində və xəstəxanada olub.
Ağır yol qəzasına səbəb avtobusun xəndəyə aşması olub. Sərnişinlərin təxliyəsi üçün iki helikopter cəlb edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]