Polşalı jurnalist: Azərbaycan Qran-Prisini işıqlandırmaq üçün ideal şərait yaradılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
"Bakı trekində yarışanları izləmək zövq verir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Viaplay yayım şirkətinin polşalı jurnalisti Bartoş Budnik bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
O, təşkilatçılıqdan razı qaldığını bildirib: "Möhtəşəm binada jurnalistlər üçün ideal şəraiti olan Media Mərkəzi qurulub. Burada həm TV, həm də yazılı medianın işində operativliyin təmin olunması üçün televiziyalar quraşdırılıb".
Polşalı müxbir ilk dəfədir Bakıda olduğunu qeyd edib: "Şəhərin əla mənzərəsi var. Bu gün paytaxtınızı gəzmək fürsətim oldu. Mən inkişaf etmiş müasir şəhəri kəşf etdim".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]