Postmodern ədəbiyyatımız beynəlxalq nəşrdə: azərbaycanlı alimin yeni tədqiqatı
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifovanın “Azərbaycan postmodern ədəbiyyatı: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası Almaniyanın “GlobeEdit” akademik nəşriyyatında işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müasir Azərbaycan ədəbiyyatının postmodernist mərhələsi fundamental tədqiqat obyektinə çevrilərək geniş oxucu kütləsinə təqdim olunur. Müəllif əsərdə postmodern nəsr, nəzm və dramaturgiya nümunələrini təhlil edərək, bu cərəyana məxsus fabula və süjet xətlərini, obrazların daxili dünyasını və poeziyanın bədii xüsusiyyətlərini dərindən araşdırıb. Monoqrafiya “Postmodern anlayışının yaranması və janr xüsusiyyətləri”, “Azərbaycan postmodern nəsri”, “Azərbaycan postmodern poeziyası”, “Azərbaycan postmodern dramaturgiyası” fəsillərindən ibarətdir.
Bu fundamental tədqiqat əsəri Azərbaycan postmodernizmini çoxşaxəli fenomen kimi həm yerli, həm də beynəlxalq elmi auditoriyaya tanıtmaq baxımından əhəmiyyət kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]