Premyer Liqa: Çempion Şamaxı səfərində, "Zirə" "Qəbələ"ni qəbul edir
Bakı, 3 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında çempion "Sabah" səfərdə "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Turnir cədvəlində "Sabah" 72 xalla 1-ci, "Şamaxı" 35 xalla 8-cidir.
Günün son oyununda isə "Zirə" "Qəbələ"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da start götürəcək.
Hazırda 46 xalı olan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 20 xalla 11-ci sırada yer alıb.
Qeyd edək ki, XXX turun ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Turun digər 2 oyunu mayın 4-ü və 5-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]