Premyer Liqanın 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb
Bakı, 29 dekabr, AZƏRTAC
Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün baş tutan 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur.
“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibini böyük fərqlə məğlub edib. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir uğuru var.
Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan-Yevlax” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan-Yevlax”ı (3:0, 3:0) 2 dəfə belə məğlubiyyətə uğradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]