Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüş keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Parlamentin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk dəfə seçilmiş deputatlar qatılıblar.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın son günlərdə cəbhə xəttində törətdiyi hərbi təxribatlar və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əks-hücum əməliyyatları zamanı əldə olunan möhtəşəm qələbələrin hər birimizdə fəxarət və qürur hissi yaratdığını deyən Spiker bildirib: “Düşmənin bütün təxribatlarının qarşısı alınır, onlara layiqli şəkildə cavab verilir. Eyni zamanda, diplomatiya sahəsində də Azərbaycan dövləti erməni təxribatlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Milli Məclis olaraq biz də bu məsələdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Ötən günlər ərzində Milli Məclis adından beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə müraciətlər göndərilib, Milli Məclisin Sədri kimi mənim bir sıra ölkələrin parlament rəhbərləri ilə çoxsaylı telefon danışıqlarım olub”.

Konfransda müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sədri qeyd edib ki, son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib.

Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə aparıldığını vurğulayan Spiker bildirib ki, bu islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Sahibə Qafarovanın sözlərinə görə, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Altıncı çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.

Spiker, həmçinin Milli Məclisə ilk dəfə seçilən deputatların parlamentin işində, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini, seçicilərlə işin düzgün əsaslarda qurulmasında fəallıq göstərdiklərini də bildirib. Sahibə Qafarova Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini bildirərək deyib ki, bu da ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması, onların idarəetmədə irəli çəkilməsi ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.

Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə davamlı surətdə aparılan siyasi-hüquqi islahatlar barədə danışıb, yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində indiyədək görülmüş işlər haqqında ətraflı məlumat verib. O, dövlətimizin başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə milli birliyə nail olmaq üçün atılan addımları qeyd edib, siyasi partiyalarla müntəzəm iş aparıldığını və sağlam əməkdaşlıq qurulduğunu, ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapdığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda siyasi partiyaların 32 illik fəaliyyəti tarixində 51 partiyanın ilk dəfə olaraq vahid təşəbbüslə çıxış etməsi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda fəaliyyətini birmənalı dəstəkləməsi, onun haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etməsi xüsusi vurğulanıb.

Qanunvericilik hakimiyyəti ilə əlaqələrin mövcud vəziyyətinə toxunan Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklərə diqqət çəkərək, ötən müddət ərzində parlamentə sağlam, demokratik mühit gətirildiyini, onun işində dönüş yarandığını və nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəldiyini qeyd edib. Qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan şöbə müdiri deputatların yerlərdə vətəndaşlarla işinin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına aidiyyəti tapşırıqların verildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi məqsədilə deputatlar tərəfindən seçicilərlə fəal iş aparılması ilə bağlı mövcud gözləntiləri diqqətə çatdırılıb.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qətiyyətlə irəlilədiyi bu günlərdə hər kəsin milli birlik, ruh yüksəkliyi və döyüş əzmi nümayiş etdirməsi barədə danışan natiq ölkə Prezidenti ilə yanaşı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xalq-dövlət birliyinə, həmrəyliyimizə önəmli töhfələr verdiyini vurğulayıb. Ə.Vəliyev, həmçinin dövlətimizin başçısının müxtəlif çıxışları, bəyanatları, müsahibələri ilə Ermənistanın işğalçı siyasətini dünya birliyi qarşısında tutarlı faktlarla ifşa etdiyini bildirərək, vətəndaş məsuliyyəti hiss edən hər kəsin bu istiqamətdə son dərəcə təəssübkeş davranmasının vacibliyini xatırladıb.

Daha sonra deputatlar Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Tural Gəncəliyev, Nurlan Həsənov, Arzu Nağıyev, Afət Həsənova və Fatma Yıldırım çıxış ediblər. Çıxışlarda son illər dövlətimizin başçısı tərəfindən ölkəmizdə aparılan siyasi-hüquqi, institusional və kadr islahatları, bu islahatların səbəb olduğu müsbət dəyişikliklər, habelə Milli Məclisin bu prosesdə yeri və rolu, fəaliyyətinin perspektivləri, eləcə də qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətləri təhlil edilib, aidiyyəti təkliflər verilib. Deputatlar, həmçinin ərazi bütövlüyümüzün bərpa edildiyi bu şərəfli günlərdə Ali Baş Komandanın yanında olduqlarını, onun atdığı bütün addımlara dəstək verdiklərini və bu işi bütün imkanlarını səfərbər etməklə inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.

Tədbirin sonunda belə görüşlərin davamlı təşkilinin faydalı olacağı qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb