Prezident: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söyləyib.
Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [11:06]
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
- 01.06.2026 [10:31]
Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz
- 01.06.2026 [10:14]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“ASAN Viza” - 10 il
- [11:01]
NBA-da finalçılar müəyyənləşib
- [10:32]
Media: Somali sahillərində piratlar tankeri ələ keçiriblər
- 31.05.2026 [23:17]
Azərbaycan cüdo millisi Avropa Kubokunu 5 medalla tamamlayıb
- 31.05.2026 [22:49]