Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV GÖYGÖL RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV GÖYGÖL RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Göygöl, 25 may (AZƏRTAC). Mayın 25-də Göygöl mərkəzi rayon xəstəxanasının açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladı.

Göygöl rayon mərkəzi xəstəxanasının inşasına 2007-ci ilin əvvəlində başlanmışdır. Obyekti Səhiyyə Nazirliyinin sifarişi ilə “Terminal” istehsal-tikinti müəssisəsi inşa etmişdir. İnşaat işləri zamanı xaricdən gətirilmiş tikinti materialları ilə yanaşı, yerli xammaldan da istifadə edilmişdir.

Xəstəxananın ümumi sahəsi 4 hektara yaxın, tikintinin sahəsi isə 1,5 hektardır. Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası, infeksion, patoloji-anatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir. 180 çarpayılıq səhiyyə ocağının xarici görünüşü də yüksək zövqlə işlənmişdir. Ərazidə nəzarət-buraxılış məntəqəsi, avtomobil dayanacağı, texniki xidmət və mətbəx binaları da inşa olunmuşdur. Texniki və içməli su üçün hər birinin tutumu 200 ton olan hovuz inşa edilmiş, su nasos stansiyası və içməli suyu təmizləmək üçün isə müasir avadanlıqla təchiz olunmuş qurğu quraşdırılmışdır. Burada, həmçinin transformator və qəza zamanı avtomatik işə düşən generator qurğusu və müasir qazanxana da vardır.

Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, 9500 kvadratmetr asfalt örtüyü salınmış, 2,2 hektar sahə yaşıllaşdırılmışdır. Ərazidə 1400-ə yaxın meyvə ağacı, habelə müxtəlif gül, dekorativ kollar əkilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev tibb ocağının açılışını bildirən lenti kəsdi və xəstəxana ilə yaxından tanış oldu.

Məlumat verildi ki, birinci mərtəbədə qəbul şöbəsi, poliklinika, manipulyasiya, rentgen, sanitar-təmizləmə, sarğı, müayinə və növbətçi həkim otaqları yerləşir. Poliklinikada analiz qəbulu, ümumi laboratoriya, fizioterapiya, ultrasəs muayinəsi, terapevt, elektroensefaloqramma, elektrokardioqramma, stomatologiya, ginekologiya, endokrinologiya, otolarinqologiya, oftalmoloq ve terapevt otaqları ən son avadanlıqla təchiz olunmuşdur. Şüa-diaqnostika şöbəsində fotolaboratoriya, flüoroqrafiya və rentgen otaqları fəaliyyət göstərir.

Qeyd olundu ki, terapiya şöbəsinin kardioloji bölümündə eyni vaxtda 20 xəstə müalicə oluna bilər. Palataların hamısı müasir səviyyəsi ilə diqqəti cəlb edir.

İkinci mərtəbədəki 30 çarpayılıq uşaq xəstəlikləri, ginekologiya və doğum şöbələri, izolyator, əməliyyat otağı yerləşir. 15 çarpayılıq doğum şöbəsində doğuş zalı, yeni doğulan körpələr üçün xüsusi otaq da yüksək səviyyədə qurulmuşdur.

Reanimasiya və cərrahiyyə şöbələri, cərrahi əməliyyat bloku isə üçüncü mərtəbədədir.

Xəstəxananın avadanlığı Yaponiya, Koreya Respublikası, Almaniya və Avropanın digər ölkələrindən gətirilmişdir.

Bu səhiyyə ocağında 47 həkim çalışacaqdır. Ümumilikdə isə burada işlə təmin olunanların sayı 230 nəfərə yaxındır. Şöbələrin əksəriyyətində bufet və anbar vardır. Xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan olanlara da müasir səviyyədə tibbi xidmət göstəriləcəkdir.

Sonda Prezident İlham Əliyev kollektivi təbrik etdi, xatirə şəkli çəkdirdi.

X X X

Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələrini və tibb işçilərini təbrik edərək dedi: Sizi gözəl xəstəxananın açılışı münasibətilə ürəkdən təbrik edirəm. İndi bu xəstəxana demək olar ki, dünyanın ən yüksək standartlarına cavab verir. Burada quraşdırılmış avadanlıq ən qabaqcıl şirkətlər tərəfindən təmin edilibdir. Binanın həm xarici görünüşü gözəldir, həm müalicə üçün bütün şərait var, həkimlərin iş şəraiti də yaxşıdır. Burada ən yüksək tibbi xidmət göstərilməlidir.

Mən sizi ürəkdən təbrik edirəm. Doğrudan da, bölgənin inkişafı üçün, Göygöl rayonunun inkişafı üçün bu xəstəxananın çox böyük əhəmiyyəti var. Çünki insanların sağlamlığı, sosial problemlərin həlli bir nömrəli məsələdir və indi Azərbaycanın hər yerində gözəl tibb ocaqları yaradılır, ən müasir avadanlıq, ən gözəl şərait. Burada olan şərait dünyanın ən inkişaf etmiş ölkələrində olan şəraitə bərabərdir, bəlkə də ondan üstündür. Burada quraşdırılmış avadanlıq dünya şöhrətli firmaların ən son istehsalıdır. Əlbəttə, ən önəmlisi odur ki, burada müalicə və diaqnostika yüksək səviyyədə təşkil edilsin. Nazir mənə məlumat verdi ki, həkimlər də təlim kurslarından keçiblər və bu kurslar daim aparılmalıdır. Çünki bütün elmlər kimi, tibb elmi də inkişaf edir, yeniliklər meydana çıxır, yeni avadanlıqlar yaradılır. Diaqnostika aparmaq üçün də yaxşı şərait var və mən Göygöl sakinlərindən xahiş edirəm ki, onlar ildə bir dəfə gəlib burada müayinədən keçsinlər. Laboratoriya da var, qan analizləri versinlər. Burada ən qabaqcıl avadanlıq var ki, hər bir insan ildə bir dəfə müayinədən keçə bilər. Bilirsiniz, əvvəllər də, yəni sovet vaxtında dispanserləşdirmə var idi, sonra unuduldu. Amma o, əslində çox gözəl bir tədbir idi. Flüoqrafiya - sovet vaxtında məcburi qaydada hamı flüoqrafiyadan keçirdi. Sonra bu da, unuduldu. Burada flüoqrafiya avadanlığı var. Yəni, siz də, icra hakimiyyəti orqanları da elə etməlisiniz ki, insanlar bax, bu yeni reallıqlara, necə deyərlər, uyğunlaşsınlar. Əvvəllər şərait yox idi, bu barədə heç düşünmək də gərəksiz idi. Bu gün şərait olduğu halda mütləq hər bir yerdə müayinədən keçmək lazımdır.

Səhiyyə sistemində aparılan islahatlar haqqında fikirlərimi mən bu yaxınlarda Bakıda Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun açılışında söyləmişəm. Bu gün bu gözəl xəstəxananın timsalında bunu nəinki Bakıda, hər bir rayonda, hər bir bölgədə, rayonun böyüklüyü, kiçikliyindən asılı olmayaraq, ən ucqar yerlərdə bir daha görürük. Göygöl əhali baxımından böyük rayon deyil, rayon mərkəzində haradasa, 25 min insan yaşayır. Buna baxmayaraq, burada ən gözəl xəstəxana, 180 çarpayılıq xəstəxana istismara verilir və bütün başqa yerlərdə, başqa bölgələrdə bu siyasət davam etdirilir.

Sosial məsələlərin həlli, bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bütövlükdə, Göygöl rayonunun inkişafı son illər uğurla gedir. Yaxşı işlər görülür, müəssisələr tikilir, şəhər abadlaşır. Rayonda quruculuq işləri aparılır, parklar salınır, insanların yaşaması, istirahəti, işləməsi üçün bütün şərait var, daha da yaxşı olmalıdır.

Sizi bu gözəl hadisə münasibətilə, xəstəxananın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.

Həkim Bağda CƏFƏROVA rayon sakinlərinin ürək sözlərini dövlətimizin başçısına çatdıraraq dedi: Əfsanəvi Göygölün adını verdiyiniz bu diyara xoş gəlmisiniz. Sizin bizim rayona hər gəlişiniz böyük bir bayramdır. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu sosialyönümlü siyasəti Siz uğurla davam etdirirsiniz və onun əsasında insanların sağlamlığı durur. İnsanların sağlamlığı uğrunda çox böyük işlər görürsünüz. Bunun üçün respublikamızın bütün əhalisi Sizə minnətdardır. Hər şey göz qabağındadır. Sizin rəhbərliyinizlə başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də çox mühüm dəyişikliklər aparılır. Yəni, bu işlərin əsas məqsədi əhaliyə, uşaqlara və analara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, ahıl, yaşlı insanların müalicəsi, xəstəxanaların təzə avadanlıqla təmin edilməsi, yeni tibb müəssisələrinin tikilməsi və onların maddi-texniki bazasının gücləndirilməsidir. Ulu öndərimiz demişdi: “Mən elə bir sənət tanımıram ki, həkimlik sənəti qədər insanlara lazımlı olsun”. Bizim eldə bir məsəl var, deyirlər, sağlamsansa xoşbəxtsən. Deməli, biz həkimlər təkcə insanların sağlamlığını yox, həm də onların xoşbəxtliyini qoruyuruq. Bu, bizim məsuliyyətimizi bir daha artırır.

Biz Sizi prezident seçildiyiniz andan izləyirik. Elə ay yoxdur ki, Siz bir səhiyyə müəssisəsinə gəlməyəsiniz. Yəni son bir ayda 3 böyük səhiyyə müəssisəsinin açılışında şəxsən iştirak etmisiniz. Bu səhiyyə müəssisələri həm də Mehriban xanım Əliyevanın iştirakı ilə, Sizin öz iştirakınızla açılmışdır. Siz Talassemiya Mərkəzinin, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Psixonevroloji Uşaq Evinin açılışında şəxsən iştirak etmisiniz. İndi növbəti səhiyyə bayramı bizimkidir. Siz gəzdiniz, gördünüz, biz çox şadıq, çox minnətdarıq. İndiyə qədər bizim xəyallarımız olan belə bir xəstəxananı tikdiniz, ən yüksək tələblər səviyyəsində təchiz etdiniz və bizə bəxş etdiniz. İndiyə qədər bu, həm göygöllülərin, həm də biz göygöllü həkimlərin xəyalı idi. Biz bu xəyalla yaşayırdıq. Bilmirdik ki, bir gün xəyalımız belə həyata keçəcək, Azərbaycan Respublikasının Prezidenti bu açılışa gələcək, bu cür hərarətlə bizi təbrik edəcək. Çox sağ olun.

Göygölə xoş gəlmisiniz, Sizə bir daha göygöllülər adından, bütün tibb işçiləri adından minnətdarlığımızı bildiririk, Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Bir daha sizi təbrik edirəm. Burada insanlara çox gözəl xidmət göstərilməlidir və insanlar burada şəfa tapmalıdırlar. Onu da qeyd etmək istəyirəm ki, keçən dəfə mən rayona gələndə rayonun adı başqa idi və ondan sonra mən fikirləşdim ki, bu rayona daha da gözəl ad verilməlidir. Ancaq o da həqiqətdir ki, Göygöl adını rayon sakinləri özləri seçdilər. Mən demişdim ki, rayonda bir müzakirə getsin, diskussiyalar getsin, fikir mübadiləsi aparılsın: hansı ad daha da münasibdir və ya hansı adın daha da böyük tarixi və mədəni əhəmiyyəti var?! O vaxt bir neçə ad müzakirə edilirdi və mən çox şadam ki, məhz rayon sakinləri tərəfindən Göygöl adı seçilibdir. Bu, doğrudan da, gözəl addır. Göygöl gözəl göldür. Bu rayonun və nəinki rayonun, Azərbaycanın ən gözəl təbii sərvətlərindən biridir, Göygöl gölü. Rayonun adı artıq Göygöldür və əminəm ki, bu adla rayon sürətlə inkişaf edəcəkdir.

Bir daha demək istəyirəm ki, bax, bu xəstəxanada dünyada, dünyanın ən qabaqcıl ölkələrində hansı avadanlıq varsa, burada da var. Onu da təmin etməliyik ki, tibbi xidmət də yüksək səviyyədə olsun. Bu işlərdə sizə uğurlar arzulayıram. Bütün Göygöl sakinlərinə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Sonda Prezident İlham Əliyev tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb