PREZİDENT İLHAM ƏLİYEV SEÇKİQABAĞI PLATFORMASINDA QALDIRDIĞI BÜTÜN MƏSƏLƏLƏRİ UĞURLA HƏLL EDİR
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov ülu öndərimiz Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulan uğurlu siyasəti Prezident İlham Əliyevin layiqincə davam etdirməsindən danışmışdır. 2003-cü ilin oktyabrında keçirilən prezident seçkiləri ərəfəsində İlham Əliyevin seçkiqabağlı platformasında qaldırdığı bütün məsələlərin sistemli şəkildə həll edildiyini iştirakçıların diqqətinə çatdıran H.İsrafilov, cari ildə Qaradağ rayonunda görülən işlərin bir qismini sadalamışdır. Əminliklə bildirmişdir ki, növbəti iki ildə daha böyük işlər görüləcəkdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı Murtuz Ələsgərov, YAP idarə heyətinin üzvləri Şahlar Əsgərov, Kərim Kərimov və digər natiqlər ölkədə aparılan quruculuq işlərindən iftixarla söz açmışlar. Natiqlər inamla qeyd etmişlər ki, dövlətimizin başçısı ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla davam etdirəcək, dahi rəhbərimiz tərəfindən təməli qoyulan müstəqilliyimizi əzmlə qoruyacaq, xalqımızın rifahını yaxşılaşdıracaq, işıqlı gələcəyə doğru inamla irəliləyən ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir.