PREZİDENT İLHAM ƏLİYEV TƏYYARƏDƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İLƏ GÖRÜŞMÜŞDÜR
Veteranlar Ukraynada keçiriləcək tədbirlərdə onlarla birlikdə Azərbaycanın dövlət başçısının da iştirak etməsindən məmnun olduqlarını ifadə etdilər, xalqımızın ümummilli lideri Heydər Əliyevin veteranlara göstərdiyi qayğı və diqqəti indi Prezident İlham Əliyevin də davam etdirməsindən razılıqlarını bildirdilər.
Prezident İlham Əliyev müharibə veteranlarının qayğılarının Azərbaycan dövləti başçısının daim diqqət mərkəzində olduğunu bildirdi, onların problemlərinin həlli üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğuladı.