PREZİDENT JAK ŞİRAK AZƏRBAYCAN DÖVLƏTİBAŞÇISININ FRANSAYA SƏFƏRİNDƏNMƏMNUNLUĞUNU BİLDİRİR
“Parisə səfəriniz başa çatdıqdan sonra, istərdim, bu ilk xarici səfəriniz zamanı Sizi qəbul etməkdən nə qədər məmnun olduğumu bildirim. Bu səfərinizi mən dostluq və inam dolu bir addım kimi qiymətləndirir və buna xüsusi həssaslıqla yanaşıram.
Atanızın həyatına həsr olunmuş fotoşəkillər kitabını vərəqləyərkən, onunla dostcasına apardığımız söhbətlərimizlə bağlı xatirələr yadıma düşdü. Şübhə etmirəm ki, Heydər Əliyev Azərbaycan və Fransa arasında olan möhkəm münasibətlərin həmin gün apardığımız söhbətlər vasitəsilə davam etdiyini görməkdən razı qalardı”.
Daha sonra cənab Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevə çox yüksək hörmət və ehtiramını bir daha ifadə edərək, onu Fransada yenidən görməyə ümid bəslədiyini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]