Prokurorluq orqanları tibb müəssisələrindəki qanunsuzluqlarla bağlı kompleks tədbirləri davam etdirirlər
Bakı, 23 avqust, AZƏRTAC
“Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxsin tabeliyində olan Ailə Sağlamlıq mərkəzləri və həkim-tibb məntəqələrinin, o cümlədən publik hüquqi şəxsə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən 2020-ci il yanvarın 1-dən 2023-cü ilin martınadək olan dövrdə işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansında olan nəqliyyat vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]