“Public speaking” adlı onlayn seminar keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə “Public speaking” adlı onlayn seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, 100 nəfərdən çox könüllü və rayon nümayəndəsinin iştirak etdiyi görüşün qonağı bloger, natiqlik, ünsiyyət texnikaları, liderlik üzrə təlimçi Zaur Cahangirov olub.
Görüşdə təlimçi könüllülərlə birlikdə "Çıxış zamanı əsas göstəricilər hansıdır?", "Keyfiyyətli nitq nədir?", "Onlayn çıxışın tələbləri" haqqında müzakirələr aparıb.
Zaur Cahangirov nitq zamanı insanların çıxışına çox zaman mane olan həyasan haqqında danışıb və bu zaman həyəcanlanmağımıza səbəb olan neqativ hadisələri təhlil edib.
Sonda Zaur Cahangirov iştirakçıların suallarını cavablandırıb.