PXENYAN ABŞ-DAN ÖZ QOŞUNLARINI CƏNUBİ KOREYADAN ÇIXARMAĞI TƏLƏB ETMİŞDİR
Qəzet yazır ki, “ABŞ o illərdə hazırlanmış konsepsiyasından əl çəkməli və zamanın, Koreya xalqının istəyinin tələb etdiyi kimi, öz qoşunlarını Cənubi Koreyadan təxirə salmadan çıxarıb aparmalıdır”.
Bəzi mənbələrin məlumatına görə, Vaşinqton ilə Seul arasında müqaviləyə əsasən, hazırda ABŞ Cənubi Koreyada 32,5 min hərbi qulluqçu saxlayır. Razılaşmanın şərtlərinə görə, bilavasitə hərbi münaqişə təqdirində Cənubi Koreya ordusunun hissələri ABŞ-ın hərbi komandanlığına tabe olur.
Xatırladaq ki, Şimali və Cənubi Koreya formal olaraq müharibə vəziyyətindədirlər. Eləcə də KXDR ilə ABŞ arasında indiyədək sülh müqaviləsi imzalanmamışdır.
ABŞ Cənubi Koreyadakı hərbi qulluqçularının sayını 2008-ci ilədək 25 min nəfərədək azaltmağı və bu ölkədə yerləşdirdiyi qoşunlarının əksər hissəsini iki Koreya arasındakı silahsızlaşdırılmış zonadan geri çəkməyi planlaşdırır.
KXDR-in nüvə proqramına dair altıtərəfli danışıqlarda Pxenyan ABŞ qoşunlarının Cənubi Koreyadan çıxarılması məsələsini daim qaldıraraq, bunu zəruri şərt adlandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]