Qadın sablyaçılardan ibarət Azərbaycan millisi dünya çempionatında dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da İtaliyanın Milan şəhərində keçirilmiş qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçılar arasında komanda yarışına start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Argentina millisinə 45:33 hesabı ilə qalib gəlib. Millimiz növbəti görüşdə Almaniya yığmasını 45:32 hesabı ilə məğlub edərək dünya çempionatında ən güclü 8-liyə yüksəlib.
Komandamız iyulun 30-da yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Koreya seçmə kollektivi ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]