QADIN SAHİBKARLIĞIN İNKİŞAFINA YARDIM LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YEKUN KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdə ASK-nın prezidenti Ələkbər Məmmədov layihə çərçivəsində görülən işlər, Azərbaycanda və Gürcüstanda qadın sahibkarlığı sahəsində aparılan milli araşdırmaların nəticələri barədə ətraflı məlumat vermişdir.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Milli Məclisin deputatı Asya Manafova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov və digər çıxış edənlər Azərbaycanda qadın sahibkarlığı sahəsinin inkişaf meyilləri, qadın sahibkarlığını dəstəkləyən dövlət proqramları barədə danışmış, qadınların sahibkarlıq fəaliyyətinin inkişafı üçün bir çox sahələrdə müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışlar.
Konfransda qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər geniş müzakirə edilmiş, layihənin son variantı təsdiq olunmuşdur.