Qahirədə İslam ölkələrinin D8 qrupunun sammiti keçiriləcək
Qahirə, 17 dekabr, AZƏRTAC
Dekabrın 19-da Misirin paytaxtı Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8 qrupunun Zirvə görüşü keçiriləcək.
AZƏRTAC “əl-Əhram” portalına istinadla xəbər verir ki, “Gənclər üçün sərmayə və KOB-ların dəstəklənməsi. Sabahın iqtisadiyyatının formalaşması” mövzusunda keçiriləcək sammitə hazırlıq çərçivəsində sabah üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası baş tutacaq.
Sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.
Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir. Misir ötən ilin mayından D8-ə sədrlik edir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:57]