QAHİRƏNİN AYN-ŞƏMS UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞ XALQLAR GÜNÜ FESTİVALINDA AZƏRBAYCANLI TƏLƏBƏLƏR BİRİNCİ YERİ TUTMUŞLAR
AZƏRTAC xəbər verir ki, Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərindəki Ayn-Şəms Universitetinin dillər fakültəsində keçirilmiş 26-cı Xalqlar günü festivalında azərbaycanlı tələbələrin Vətən Cəmiyyəti birinci yeri tutmuşdur. Festivalda tələbələrimiz Azərbaycan üçün ayrılmış guşənin girişini Qoşa qala qapısının maketi ilə bəzəmiş, içəridə isə ölkəmizə, ümummilli liderimiz Heydər Əliyevə, dövlətimizin başçısı İlham Əliyevə, mədəniyyətimizə, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımına, işğal olunmuş torpaqlarımıza həsr edilmiş stendlər hazırlamışdılar. Zeynal Zeynalovun şüşə üzərində qumdan hazırladığı Azərbaycan Respublikasının xəritəsi iştirakçıların diqqətini daha çox cəlb etmişdir. Tədbirdə qonaqlara ölkəmiz haqqında ərəb dilində hazırlanmış məlumat kitabçaları paylanmışdır.
Aprelin 30-u, festivalın açılış günündə universitet rəhbərliyinin və 17 ölkə təmsilçilərinin iştirakı ilə keçirilmiş ziyafətdə tələbələrimiz respublikamız barədə məlumat vermiş və milli rəqslərimizi ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]