Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qalaaltı” mineral suyu - ecazkar şəfa ocağı, yaxud Azərbaycanın “Naftusiya”sı

Bakı, 11 mart (AZƏRTAC). Mineral sulardan təbabətdə geniş surətdə istifadə olunur. Azərbaycandakı müxtəlif mədən sularının müalicə xüsusiyyətləri insanlara qədim zamanlardan məlum olmuşdur. Dərmanlardan istifadə etməyən qədim insanlar suya, havaya və işığa əsas müalicə vasitəsi kimi baxmışlar. Bu suların ətrafında indiyədək qalan daş hovuzlar da bunu sübut edir.

Azərbaycan müalicə əhəmiyyətli mineral sularla zəngindir. Ölkəmizin ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda isə təbii su bulaqlarına az rast gəlinir.

İlk növbədə qumlu sahilləri və dənizi ilə şöhrət tapan Abşeron yarımadasında çoxlu şəfa bulaqlarının qaynaqları qeyd olunmalıdır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malikdir. Bu sulardan ancaq müalicə məqsədilə istifadə olunur. Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox mineral su bulağı vardır. Bu əsrarəngiz diyarın mineral suları öz müxtəlifliyi ilə muzeyi xatırladır. “Badamlı”, “Sirab” kimi müalicəvi sular məhz Azərbaycanın ən səfalı və şəfaverici məkanlarından biri olan Naxçıvanda çıxır.

Respublikamızın möcüzəli sularından biri də Masallıdakı məşhur “İstisu”dur. Bu şəfaverici təbii bulaq Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilindədir. Bu su yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda çıxır. Qədimdə yerli sakinlər bu suyu minbir dərdin dərmanı olaraq möcüzə kimi qəbul etmişlər.

Ürəkağrısı ilə deməliyik ki, ölkəmizin ən ecazkar şəfa ocağı-Kəlbəcərdəki əvəzsiz müalicəvi əhəmiyyətə malik olan “İstisu” mineral su qaynaqları bu gün erməni tapdağı altındadır.

Əlbəttə, bütün bunlar Azərbaycandakı şəfaverici bulaqların yalnız bir qismidir. Bunları sadalamaqda məqsədimiz ölkəmizdəki mineral suların tükənməzliyini diqqətə çatdırmaqdır. Bu yazıda isə məşhur “Qalaaltı” suyundan danışacağıq.

Bunun üçün ilk növbədə tibb elmləri doktoru, professor D.Hüseynovun “Müalicə suyu” məqaləsindən (“Sovet kəndi”, 1975, 26 avqust) müəyyən parçalara nəzər salmaq lazımdır. Alim yazır: ”Dəvəçi rayonunun (indiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən artıqdır. Alimlərimizin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, “Qalaaltı” suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu “Naftusiya”nın eynidir. “Qalaaltı” mədən suyu tapılana qədər ölkəmizdə Truskavetsin “Naftusiya” suyu yeganə hesab olunurdu. İndi artıq onun oxşarı tapılmışdır. “Qalaaltı” mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə “Qalaaltı” mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. Bu su tamamilə “Naftusiya” suyunu əvəz etmək xassəsinə malikdir”.

Eyni zamanda, xatırlatmaq lazımdır ki, xalqımıza təmənnasız xidmətləri ilə yaddaşlarda dərin iz qoymuş, mərhum akademik Həsən Əliyev “Həyəcan təbili” kitabında respublikamızdakı nadir tarixi və təbiət abidələrinin mühafizəsi məsələsinə xüsusi diqqət yetirmişdir. Akademik yazırdı: “Qədim mədəniyyət və tarixi abidə kimi məşhurlaşmış Çıraqqala, indi “Qalaaltı” və ya “Çıraqqala” kurortu “Azərbaycan “Naftasiyası” adı ilə tanınır … “Qalaaltı” və ya “Çıraqqala” kurortu özünün təbii şəraitinə, iqliminə görə Truskavets və eləcə də Qafqaz kurortlarının hamısından üstündür. ...Çıraqqalanın bir mədəniyyət və tarixi abidə olaraq öyrənilməsinə və mühafizəsinə ciddi ehtiyac vardır”.

Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni neftli su deyirlər. “Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, professor Əlişir Musayevin “Qalaaltı” suyu barədə dedikləri də maraqlıdır: “Burada dağ və dəniz havası bir - birinə qarışır və rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunmuşdur. Əsasən böyrək xəstəliyini müalicə edən su, maddələr mübadiləsi, mədə - bağırsaq, öd kisəsi xəstəliklərindən əziyyət çəkənlər üçün də şəfalı hesab edilir. Eyni zamanda, bədəndən sidik turşularını qovur. ” Qalaaltı” suyunu çox saxlamaq olmaz. Bu sudan yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir”. Alimin sözlərinə görə, ölkəmizdə 200-dən çox mineral su tədqiq edilmiş və kadastra salınmışdır.

Ə.Musayev vurğulamışdır ki, “Qalaaltı” suyunun ən böyük təbliğatçısı təbiət elmlərinin bilicisi, akademik Həsən Əliyev olmuşdur. Məhz bu böyük alimin müstəsna xidmətləri sayəsində təbiətin bizə bəxş etdiyi “Qalaltı” suyu bu gün xəstələrə şəfa verir. “Qalaaltı” kurortu Həsən Əliyevin xalqımıza əvəzsiz töhfəsidir.

İsmayıllı rayonundakı “Bədo” bulağının suyunu iyinə görə yerli sakinlər Şabranın “Qalaaltı” suyu ilə eyni tipli hesab edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri onların tərkibində xeyli fərqlərin olduğunu bildirirlər. “Qalaaltı” suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. tərkiblər vardır, “Bədo”nun suyunda isə bunlar yoxdur.

Ümumiyyətlə, ölkəmizdə kurortologiyanın inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanmışdır. Məhz ümummilli liderin iradəsi sayəsində Azərbaycanın dilbər guşəsi, hazırda ermənilərin işğalı altında olan Şuşa “Xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası” adını almışdır. Bundan əlavə, yenə də ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Sov.İKP Siyasi Bürosunun qərarı ilə Xəzər sahili (Astaradan Nabaranadək) kurort zonası elan edilmişdir.

Qeyd edək ki, keçən əsrin 80-ci illərinin sonunda - 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə təsirsiz ötüşməmişdir. Nəticədə mərkəzləşdirilmiş kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin ümumdövlət sisteminin ahəngdar fəaliyyəti pozulmuşdur. Bu kompleksə olduqca böyük zərər Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuşdur. Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Həmin ərazilərdə nadir təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində müvəqqəti məskunlaşdırılmışdır.

Ermənistanın hərbi təcavüzü Azərbaycanın sanatoriya-kurort sektoruna ciddi ziyan vurmasına baxmayaraq, bu sahənin inkişafı ilə bağlı bədbinliyə elə bir əsas yoxdur. Çünki Prezident İlham Əliyev 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin hərtərəfli inkişafı üçün geniş perspektivlər açır.

Dövlət Proqramında göstərilir ki, kurort işi Azərbaycan Respublikasında ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılmışdır.

Hazırda ”Qalaaltı” sağlamlıq istirahət zonası yenidən qurulur. “Qalaaltı” sanatoriyanın ərazisi genişləndirilir, müasir standartlara cavab verən “Qalaaltı Hotel SPA”-nın tikintisi aparılır.

Ölkənin turizm potensialına öz töhfəsini verəcək “Qalaaltı Hotel SPA” sağlamlıq-istirahət mərkəzinin tikintisi üçün 7 hektar sahə ayrılmışdır. Mərkəzin 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Elçin Hüseynov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır