“Qalatasaray”-“Fənərbağça” derbisindən sonra meydanda oyunçular arasında mübahisə yaşanıb
Bakı, 3 noyabr, AZƏRTAC
İstanbuldakı “Türk Telekom Arena”da keçirilən “Qalatasaray”-“Fənərbağça” matçı başa çatdıqdan sonra komandaların futbolçuları arasında mübahisə yaşanıb.
AZƏRTAC xəbər verir ki, bu mübahisədən sonra baş hakim Fırat Aydınus komandaların futbolçularını 3 qırmızı və 1 sarı vərəqə cəzalandırıb. Referi “VAR” sistemi vasitəsilə oyunu araşdırdıqdan sonra “Qalatasaray”dan Badou Ndayeyə, “Fənərbağça”dan isə Roberto Saldado və Jailsona qırmızı, meydan sahiblərindən Yunes Belhandaya isə sarı vərəqə göstərib.
Xatırladaq ki, "Qalatasaray" və "Fənərbağça" arasında oynanılan İstanbul derbisində qapılara dörd qol vurulub - 2:2.