Qanunsuz erməni silahlı dəstəsinin üzvü intihar edib
Bakı, 8 aprel, AZƏRTAC
Xocavənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ölən şəxsin araşdırma nəticəsində Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin 2004-cü il təvəllüdlü üzvü olduğu müəyyən edilib.
İntihar etdiyi müəyyənləşdirilən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.
Yaxınları məlumat veriblər ki, külli miqdarda borclarını ödəmək məqsədilə müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsinə üzv olan həmin şəxs borc sahiblərinin tələblərindən təngə gələrək özünü asıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]