Qanunsuz kömür istehsal edilən quyular aşkarlanıb
Bakı, 24 aprel, AZƏRTAC
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən iki kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonunun Toğanalı kənd sakini Adil Bayramov və Quba rayonu, Xanagah kənd sakini Rəşid Seyfullayev olduğu müəyyən edilib.
B.Məhəmmədovun sözlərinə görə, qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]