Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunmuş müraciətlərin sayı 20 faiz artıb
Bakı, 10 aprel, AZƏRTAC
2025-ci ilin yanvar-fevral ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faizdən çox, təmin olunmuş müraciətlərin sayında isə 20 faiz artım qeydə alınıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]