QANUNSUZ SİLAH VƏ SURSAT AŞKARLANARAQ GÖTÜRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahsevən kənd sakinləri Sakit, Gəray, Fazil, Şahlar Əliyevlərdən, həmçinin Elman Əhmədov və Arif Hüseynovdan xeyli sayda silah və sursat - “Toz-8” markalı tüfəng, əldə düzəldilmiş 1 gülləatan, 6 ədəd ov silahı, çoxlu avtomat, ov güllələri, əleyhqaz, qırma, barıt və digər döyüş sursatı aşkarlanaraq götürülmüşdür.
Bir ədəd “AKS” markalı avtomat, iki sandıqça və 70 güllə isə hüquq mühafizə orqanlarına könüllü təhvil verilmişdir.
Faktla bağlı araşdırma aparılır.