Qara dənizdə neft-qaz axtarışı və hasilatı işlərinin aparılması barədə müqavilə imzalanıb
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstan ilə Şərqi Avropanın ən böyük neft şirkəti olan “OMV Petrom S.A.” arasında Qara dənizin Gürcüstan şelfində neft-qaz axtarışı və hasilatı işlərinin aparılması barədə müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şirkət müqavilə əsasında 25 il müddətinə Qara dənizin Gürcüstana məxsus sektorunda ofşor geoloji kəşfiyyat işləri aparmaq hüququ qazanıb.
Şirkət qazma işlərinin başlanmasından öncə 2-D və 3-D seysmik kəşfiyyat işləri aparacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]